“Diş pastalarının içindəki maddə insanları “qoyun” kimi edir” – Millət vəkili – FOTOLAR

"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR
Dişlərin gün ərzində 3 dəfə fırçalanması tövsiyə olunsa da, əslində, bu, çox da məsləhətli fikir deyil. Çünki hazırkı diş pastalarının içərisinə qoyulan florür maddəsi beyni kütləşdirir.

Diş pastalarının içərisinə qoyulan florür maddəsi insan beynindəki epifiz, pineal və ya beynin üst çıxıntısı “əzgilvari vəzinin” fəaliyyətini pozur.

“Epifiz vəzi tam olaraq başın ortasında yerləşir və mərcimək dənəsi boydadır. Bu vəzisi sərtləşmiş və kirəclənmiş insanları idarə etmək asanlaşır. Bu vəzinin kirəclənməsi insanları “qoyun kimi” edir. Əslində, dişə xeyrinin olmadığı da deyilən florür maddəsinin sırf bu məqsədlə diş pastalarına qoyulması iddia olunur. Niyə? İnsanlar düşünə bilməsin, kütləyə uysun deyə…

Amma bunun müsəlmana aidiyyəti yoxdur. Çünki onlar misvakdan istifadə edirlər”, – türkiyəli millət vəkili Ali İhsan Yavuz ötənilki çıxışı zamanı söyləyib.

Qeyd edək ki, epifiz vəzi kəllə sümüyünün ortasında yerləşir və uzunluğu 5-7 millimetrdir, qırmızı rəngdədir. İnsanın yuxuya getməsinə səbəb olan Melatonin hormonunu, serotonini və DMT molekullarını ifraz edir. İki gözün arasında yerləşdiyinə və gözə oxşadığına görə ona üçüncü göz də deyilir.

Üçüncü gözün (pineal bez) ruhla bədən arasında gizli keçid olduğu düşünülür. Buna görə də, həmin bezə həm də ruh gözü də deyilir.

mənbə: milli.az
"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR
"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR
"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR

(Visited 17 times, 1 visits today)