Aktrisa Pərvin Abıyevanın yeni videosu yayıldı : Qucaqlayıb, öpdü

Aktrisa Pərvin Abıyevanın yeni videosu yayıldı : Qucaqlayıb, öpdüCazibədar aktrisa Pərvin Abıyevanın yeni videosu yayılıb.

Tanınmış stilist Anar Məmmədovun paylaşdığı videoda Pərvin Abıyeva dostları ilə əylənir. Daha sonra oynayarkən, arxadan gələn stilist dostu onu qucaqlayaraq, öpür.

A.Məmmədov həmin anları “Sən ən bahalı həyata layiqsən, mənim kraliçam” yazaraq, paylaşıb. P.Abıyeva da dostuna bu sözlərinə görə, təşəkkür edib./yenicag

Şou-biznes   Baxılıb: 1330   Tarix: 01 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Murad Dadaşovu heç belə görməmişdiniz – VİDEO

Murad Dadaşovu heç belə görməmişdiniz - VİDEOXalq artisti Murad Dadaşov “Parni iz Baku” komandasının arxiv kadrlarını üzə çıxarıb.

Tezxeber.Az xəbər verir ki, aparıcı 90-ci illərə aid olan mağar toyundan kadrları instaqramda paylaşıb. Toyda oynayanlar arasında KVN-çilər də olub.

Şou-biznes   Baxılıb: 481   Tarix: 31 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

“Bu boyda həyəsızlıq görməmişdim” – Xalq artisti

"Bu boyda həyəsızlıq görməmişdim" - Xalq artisti“Çox zarafatçılam. Qızım da hər zaman məndə nöqsan tutur. Deyir ki, birdən səni düz başa düşməzlər. Yaqut (köməkçisi – red.) deyir ki, sən öləndə də zarafat edəcəksən? Deyirəm, ağzımı aça bilsəm, ilk səndən başlayacam”.

Tezxeber.Az axşam.az-a istinadən bildirib ki, bu sözləri xalq artisti Flora Kərimova “10-dan sonra” verilişində deyib. Müğənni bildirib ki, hər zaman etdiyi zarafatlar başına bəla olur:

“Flora xanım bədəxt adamdır. Taleyimə görə demirəm bu sözü. Zarafatımın acısı hər zaman özümə yönəlir. Onda deyirəm ki, bəlkə doğrudan beləyəm?”.

Kərimova səsləndirdiyi cizgi filmlərindən danışıb. İfaçı “Dedilər ki, “Tık-tık” xanımı Sevil Allahverdiyeva səsləndirib” sözlərinə belə cavab verib:

“Tık-tık xanım”ı mən səsləndirmişəm. Sevil qızım, axı mənim tələffüzüm var. Niyə bunu edirsiz? Belə istedadınız var idisə, niyə başqa bir filmdə səsiniz olmadı? “Qayınana” filmində mahnı oxudum, onu da başqası adına çıxdı. Sonra filmdə Məlikməmməd mahnısını oxudum. Amma xalq üslubunda oxuyan müğənni çıxıb deyir ki, mənim səsimdir. Əlim üzümdə gəzə-gəzə durdum. Bu boyda üzdülük, həyasızlıq görməmişdim”.

Şou-biznes   Baxılıb: 92   Tarix: 31 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Viaqradan daha təsirli qida – Hər kəsin evində var – FOTO

Viaqradan daha təsirli qida - Hər kəsin evində var - FOTO
Zeytun yağının daha bir faydası tapılıb.

Yunanıstanda aparılan araşdırmalara görə, zeytun yağı cinsi performansı artırmağa kömək edən “viaqra”dan daha təsirlidir.

Gündə 9 çay qaşığı zeytun yağı qəbul edənlərdə şəkər xəstəliyinə tutulma və impotentlik riski 40 faizədək azalır.

Belə ki, qan axımını sürətləndirən yağ həm testosteron səviyyəsini artırır, həm də cinsi zəifliyi aradan qaldırır.

Bundan başqa acı bibər, badam, fındıq, qoz, banan, avokado və sarımsağın da qan axımını sürətləndirərək cinsi zəifliklə mübarizə apardığı aşkarlanıb.

mənbə: milli.az
Viaqradan daha təsirli qida - Hər kəsin evində var - FOTO
Viaqradan daha təsirli qida - Hər kəsin evində var - FOTO

Pomidor suyu xərçəng riskini azaldır

Pomidor suyu xərçəng riskini azaldır
İspaniyadakı alimlər xərçəng xəstəliyi ilə mübarizə məsələsində yeni tədqiqatın nəticəsini açıqlayıblar.

“Politecnica de Valencie” universitetində aparılan araşdırmanın nəticələrinə əsasən, pomidor suyu içmək xərçəng riskini azaldır.

Tədqiqata əsasən, pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan istifadə edilir. Antioksidant xüsusiyyəti olan bu maddə əsasən də prostat xərçənginə qarşı təbii müdafiə qalxanıdır.

Bundan başqa likopenlər də bağırsaqlardakı sağlam bakteriyaların artımına səbəb olur.(unikal)

Nə yemək yox, nə zaman yemək önəmlidir: QIZILDAN QİYMƏTLİ TÖVSİYYƏ…

Nə yemək yox, nə zaman yemək önəmlidir: QIZILDAN QİYMƏTLİ TÖVSİYYƏ...
Yeni bir araşdırma göstərib ki, qida bədən saatımıza uyğun qəbul edildiyi zaman daha yaxşı həzm olunur.

Əgər sağlam həyat sizi maraqlandırırsa, demək ki, qidanın tərkibi və miqdarı barədə də məlumatlısınız.

Lakin yeni bir araşdırma, yemək vaxtının da ən az bu qədər mühüm olduğunu göstərir.

Dietoloqlar yeməyi müntəzəm intervallarla qəbul etməyi və öynəliyi pozmamağı məsləhət bilirlər.

Yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat ərzində yeyin

Daimi bədən məşğələsi edən insanlar, idmandan əvvəl, idman əsnasında və ya sonra müəyyən qidaları qəbul etmək lazım gəldiyini deyə bilərlər. Sübut olunub ki, böyük kalorili qidaları günün erkən saatlarında qəbul etmək piylənmə riskini azaldır.

İndi isə sirkadian ritminə (orqanizmimizin 24 saatlıq bədən saatı) nəzarət edən yeni bir araşdırma, yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat ərzində qida qəbul etməyi məsləhət görür. Beləliklə bədənə həzm, istirahət və bərpa üçün kifayət qədər vaxt vermiş olarıq.

ABŞ-ın Texas ştatının Dallas şəhərində yerləşən Salk İnstitutundan müəllim doktor və mövzu üzrə 10 illik tədqiqat nəticəsində ərsəyə gələn Sirkadian Kodu (The Circadian Code) adlı kitabın müəllifi Satchin Panda BBC-yə, qida qəbulunu sirkadian ritminə uyğunlaşdıraraq bədənimizin fəaliyyətini yaxşlaşdıra biləcəyimizi deyib.

“Orqanizmimizdə demək olar ki, hər bir hüceyrə sirkadian saatına malikdir. Yəni, hər bir hormon, beynin hər bir kimyəvi hissəsi, hər bir ferment və hətta genom tərkibindəki hər bir gen günün müəyyən vaxtlarında qalxır və enir,” Dr. Panda söyləyir.

“Bu o deməkdir ki, gün ərzindən yuxunun, yeməyin, təhsilin, fiziki fəaliyyətin optimal vaxtı mövcuddur. Əldə etdiyimiz məlumatlara görə, bədənimiz yuxudan oyandıqdan sonrakı ilk səkkiz və on saat, maksimum 12 saat ərzində qidanı həzm edə və qida maddələrini hopdura bilir.”

“Bu müddətdən kənarda bizim sirkadian saatımız dayanır və orqanizmimiz fərqli rejimə keçir – təmir, bərpa və yenilənmə.”

Yemək və aclıq vaxtı

Dr. Panda və Salk İnstitutundan həmkarları 10 il vaxt əsaslı qidalanma üzrə elmi araşdırma aparıblar.

2012-ci ildə onlar iki identik siçan qrupu üstündə bir tədqiqat həyata keçiriblər.

Birinci qrupa yüksək yağlı və şəkərli qidalar verilib və onlar istədikləri vaxt yeməkdə azad olublar.

İkinci qrupa da eyni kaloridə eyni qidalar verilib, amma onlar səkkiz saat ərzində yeyiblər.

Dr. Panda deyir ki, 18 həftədən sonra, istədikləri vaxt yemək yeyən siçanlar diabet və piy, yüksək xolesterin və bağırsaq xəstəliklərinə tutulublar.

Təəccüblü olsa da, səkkiz saat ərazində qida qəbul edən siçanların heç biri sadalanan xəstəliklərə yoluxmayıb.

Dr. Panda izah edir ki, yeməyi dayandırdığımız zaman, ətraf-mühit və qidadan keçən toksinlər təmizlənir, xolesterin səviyyəsi aşağı enir və əzələlər, dəri, bağırsaq və hətta DNT bərpa olunur.

Səkkiz və 10 saatdan artıq yeməyə davam etmək bu proseslərə təsir göstərir. Çünki bədən qida maddələrini həzm edib, hopdurmaqla məşğul olur.

“Vaxt çərçivəsində qida qəbulu sağlamlıq üçün əla nəticələr verir. Elmi dildə biz bunu vaxt əsaslı qidalanma adlandırırıq. Bir çox insanlar aclıq və ya oruclu qalmaq sözünü bəyənmir,” Dr. Panda deyir.

“Biz nə və nə qədər yeyilməsi gərəkdiyini təbliğ etmirik. Lakin nə yediyinizə diqqət etmək və 8-10 saat – və ya maksimum 12 saat – qidalanmaq faydalı olacaq. Bu saatlardan sonra sağlam qida belə, zərərli yeməyə çevriləcək.”

Bəs atışdırmağı sevənlər, içkidən sonra acanlar və soyuducu “soyğunçuları” necə?

Dr. Panda, əldə etdikləri məlumatların başqa araşdırmalarla üst-üstə düşdüyünü deyir.

“Bir araşdırmada müəyyənləşib ki, gecə boyunca 13 saatdan çox ac qalan qadınların döş xərçəngi riski kifayət qədər aşağı enir,” o söyləyir.

Bu məlumatlar yatana qədər qida qəbul edən və bir çoxlarının müasir, məşğul həyat tərzi ilə uyğun gəlmir.

2015-ci ildə Dr. Panda, bir telefon proqramı vasitəsilə izlənməyə razılıq verən könüllülərin 15 saatdan artıq qida qəbul etdiyini müəyyənləşdirib.

Həmin insanlar ilə 16 həftə ərzində aparılan tədqiqat isə əla nəticələr verib. Belə ki, onlar gündə 10-11 saat yemək yeyiblər. Qida tərkibində isə heç bir dəyişiklik olmayıb. Nəticədə onların çəkisi azalıb, daha enerjili olduqları ortaya çıxıb və yuxuları yaxşılaşıb.

Faydalar isə bir il boyunca davam edib.

Növbə əsaslı işçilər üçün çətinlik

Bu nəticələr iş vaxtı növbə vasitəsilə dəyişən insanlar üçün çətin ola bilər.

Lakin dr. Panda uyğunlaşmanın mümkün olduğunu deyir.

“Gündüz və gecə növbəsi alternativinə uyğun işləyən insanlar yeməyin vaxtına diqqət etməlidirlər. Yuxudan durduqdan sonra, bir saat heç nə yeməyin və yemək üçün 8-10 saat ayırın. İş günündə isə iş saatlarına uyğun olaraq 8-10 saat yeyin,” o söyləyir.

“Spirtli içkidən uzaq qalmaq çox vacibdir, çünki növbə işçilərinin bağırsağı spirtin zədələrinə və xəstəliklərə qarşı həssas olur.”

Gecənin bir yarısı soyuducuda eşələnmək, spirtli içkidən sonra, duzlu və yağlı qidalar qəbul etmək və həftəsonları gec saatlara qədər yemək sağlam qidalanmanın əksinə bir vərdiş formalaşdırır.

Dr. Panda bu dəyişiklikləri həzm sistemimizdə qarışıqlıq yaradan və yemək vərdişlərimiz və sirkadian siklləri arasında uyğunsuzluq əmələ gətirən “metaboloji jetlag” ilə müqayisə edir.

“Bu, bir nəfərin hər həftə sonu fərqli saat qurşağına səyahətinə bənzəyir,” o deyir. (BBC Azərbaycanca)

Utandığından heç zaman üzünü göstərməyən, mahnıları milyardlarla satılan, qəribə müğənni – FOTOLAR + VİDEO

Utandığından heç zaman üzünü göstərməyən, mahnıları milyardlarla satılan, qəribə müğənni – FOTOLAR + VİDEOO, məşhurluğuna görə Rihanna, Şakira, Beyons və digərlərindən heç də geri qalmır.

Tezxeber.Az xəbər verir ki, onun “Chandelier” mahnısı Youtube-da 2 milyarda yaxın izlənilib. Ancaq o, mahnılarından daha çox qəribəliyi ilə tanınıb.

Çətin keçən uşaqlıq

Sia Keyt İzobel Furler 1975-ci ilin 18 dekabr tarixində Avstraliyanın Adeladia bölgəsində dünyaya gözlərini açıb. Onun atasının psixoloji problemləri olub. Sianın sözlərinə görə, atasının iki üzü olub. Birinci üzünün adı Pill, şən-şad, qızını sevən və onunla yaxşı vaxt keçirən, yəni yaxşı ata… İkinci üzünün adı, Stan, içkiyə meyilli, qızını döyən, onu evdən çölə buraxmayan, yəni pis ata…

Sia ailəvi problemlərinə görə hər kəsdən çəkinir, digər uşaqlara qaynayıb-qarışmır. O zamandan utancaq, özünə qapanıq biri kimi böyüyür. Onun həyata tutunduğu tək budaq musiqi olur.

Utandığından heç zaman üzünü göstərməyən, mahnıları milyardlarla satılan, qəribə müğənni – FOTOLAR + VİDEOUğursuzluqlar əl çəkmir

İlk albomunu çıxarır, ancaq bu albom çox da müvəffəqiyətli olmur. Öz sənətini daha yaxşı inkişaf etdirmək üçün Londona, sevgilisinin yanına köçür. Ancaq Londona çatar-çatmaz sevgilisi öldürülür. Sia taksiyə minərək öz canını qurtara bilir.

Londonda yalnız qalmağa başlayan Sia içkiyə qurşanır. 6 ilə yaxın içinə qapanıq, sərxoş həyat sürür. Bu müddət ərzində iki albom buraxır ancaq uğur qazana bilmir.

Bundan sonra Nyu-York- a köçür və içkini tərgidir. Bir mahnısı məşhur şouların birində səsləndirilir və mahnı populyar olur. Nyu-York-da barlarda və kafelərdə çıxışlar edir. Ancaq burada onun utancaqlığı, qəribə hərəkətləri daha da qabarır. Günlərlə evdən çıxmır. Həkimlər ona “Bipolar pozğunluq” diaqnozu qoyur.

Sia yeidən içkiyə qurşanır və səhnələrdən uzaqlaşır. Başqa müğənnilərə mahnılar bəstələyir. Onun bəstələdiyi mahnılar vasitəsilə Rihanna, Şakira, Keti Perri, Kristina Aqulera, Beyons, Britni Spers, Cenifer Lopez və digərləri milyonlar qazanır.

Utandığından heç zaman üzünü göstərməyən, mahnıları milyardlarla satılan, qəribə müğənni – FOTOLAR + VİDEOHəyatında yeni səhifə açır

Sia 2014-ci ildə çıxardığı “Chandelier” mahnısı ilə həmin ilə öz damğasını vurur. Onun mahnısı “Youtube”-da 2 miyarda yaxın görüntülənir.

Tez bir zamanda bütün media ondan danıır. Bu məqamda Sianın utancaqlığı yenidən qabarır. Kameralar qarşısına üzü bağlı şəkildə çıxır. Özünə məxsus pariklər düzəltdirir və səhnələrə belə çıxır. Bundan sonra yeni hitləri ilə partlayış edir. Ancaq köhnə vərdişindən əl çəkmir. Ən məşhur şoulara belə üzü qapalı şəkildə çıxır. Bununla belə məşhurluğunu qoruya bilir. Konsertlərində belə üzünü gizlədir, hətta bəzi konsertlərinə üzünü tamaşaçılara çevirərək oxuyur.

Sia öz qanunları, qəribəlikləri ilə özünü insanlara sevdirməyi bacarır.

Şou-biznes   Baxılıb: 921   Tarix: 30 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

İnanılmaz dərəcədə arıqlayan Şəbnəmin 10 milyonluq sevinci – VİDEO+FOTO

İnanılmaz dərəcədə arıqlayan Şəbnəmin 10 milyonluq sevinci - VİDEO+FOTO15 sentyabrda konsert verməyə hazırlaşan müğənni Şəbnəm Tovuzlunun “Xəstəyəm” adlı mahnısı izlənmə rekordu qırıb.

İfaçı xanımın sözügedən mahnısı YouTube-da 10 milyon izlənib. Ş.Tovuzlu konsert üçün 12 kiloqram arıqlayıb və yeni görkəmi ilə diqqət çəkib.

Konsertə biletləri Yaşıl Teatr, Gənc Tamaşçılar Teatrı, Heydər Əliyev Sarayı, Opera və Balet Teatrı, Yasamal, Xətai, İnqilab, Razin və Sumqayıt Asan Xidmət mərkəzləri, 28 Mall 3-cü mərtəbə, Gənclik Mall 3-cü mərtəbədə yerləşən kassalardan əldə edə bilərsiniz. Həmçinin iticket. az saytından online sifarişlə əldə edə bilərsiniz.

Əlaqə nömrələri: 051 303 35 40 ; 051 850 15 56

İnanılmaz dərəcədə arıqlayan Şəbnəmin 10 milyonluq sevinci - VİDEO+FOTObig.az

Şou-biznes   Baxılıb: 103   Tarix: 30 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Bu RESEPTlə öskürəkdən dərhal qurtulacaqsınız

Bu RESEPTlə öskürəkdən dərhal qurtulacaqsınız
Öskürək həm özümüzü, həm də ətrafımızı narahat edən bir problemdir. Öskürəyin bir çox səbəbi ola bilər. Ən çox da siqaret çəkmək və astma öskürəyə səbəb olur. Qısa zamanlı öskürəklər soyuqdəymənin əlaməti də ola bilər. Hər kəs öskürəkdən bir an öncə qurtulmaq istəyir. Buna görə də müxtəlif həblər və spreylərdən, hətta bitki çaylarında istifadə edirlər. Ancaq bu vasitələr heç də hər zaman müsbət təsir göstərmir.

tezxeber.az-ın ailem.az-a istinadən verəcəyi bu reseptlə öskürəkdən dərhal qurtulacaqsınız.

Lazım olanlar:

2 ədəd banan

2 xörək qaşığı bal
400 ml su

Hazırlanması:

Suyu qaynadın. Bananları əzin və üzərinə qaynar su töküb soyumasını gözləyin. Son olaraq bal tökün və qarışdırın. Belə bir qatı qarışım alınacaq.

“Diş pastalarının içindəki maddə insanları “qoyun” kimi edir” – Millət vəkili – FOTOLAR

"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR
Dişlərin gün ərzində 3 dəfə fırçalanması tövsiyə olunsa da, əslində, bu, çox da məsləhətli fikir deyil. Çünki hazırkı diş pastalarının içərisinə qoyulan florür maddəsi beyni kütləşdirir.

Diş pastalarının içərisinə qoyulan florür maddəsi insan beynindəki epifiz, pineal və ya beynin üst çıxıntısı “əzgilvari vəzinin” fəaliyyətini pozur.

“Epifiz vəzi tam olaraq başın ortasında yerləşir və mərcimək dənəsi boydadır. Bu vəzisi sərtləşmiş və kirəclənmiş insanları idarə etmək asanlaşır. Bu vəzinin kirəclənməsi insanları “qoyun kimi” edir. Əslində, dişə xeyrinin olmadığı da deyilən florür maddəsinin sırf bu məqsədlə diş pastalarına qoyulması iddia olunur. Niyə? İnsanlar düşünə bilməsin, kütləyə uysun deyə…

Amma bunun müsəlmana aidiyyəti yoxdur. Çünki onlar misvakdan istifadə edirlər”, – türkiyəli millət vəkili Ali İhsan Yavuz ötənilki çıxışı zamanı söyləyib.

Qeyd edək ki, epifiz vəzi kəllə sümüyünün ortasında yerləşir və uzunluğu 5-7 millimetrdir, qırmızı rəngdədir. İnsanın yuxuya getməsinə səbəb olan Melatonin hormonunu, serotonini və DMT molekullarını ifraz edir. İki gözün arasında yerləşdiyinə və gözə oxşadığına görə ona üçüncü göz də deyilir.

Üçüncü gözün (pineal bez) ruhla bədən arasında gizli keçid olduğu düşünülür. Buna görə də, həmin bezə həm də ruh gözü də deyilir.

mənbə: milli.az
"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR
"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR
"Diş pastalarının içindəki maddə insanları "qoyun" kimi edir" - Millət vəkili - FOTOLAR