MTN polkovnikinə cəza istənildi

MTN polkovnikinə cəza istənildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin məhkəməsi keçirilib.
Xalqinfo.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə V. Güləli zərərçəkmişlərə dəyən ziyanı ödəmək üçün vaxt istəyib: "Danışıqlar aparırıq, real məsələr var. Bir az da vaxt verin. Sizi aldatmıram, ödəmək imkanım olmasa, demərəm".
Proses aprelin 13-də davam etdiriləcək.
Xatırladaq ki, dövlət ittihamçısı çıxır edərək V.Güləlinin 9 il 6 ay, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.
V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin rəisi işləyib, hazırda təqaüddədir.

“Mənası olmayan layihələrin icrası dayandırılmalıdır” –

“Mənası olmayan layihələrin icrası dayandırılmalıdır” - “Sevindirici haldır ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının daralmasına son qoyuldu. İqtisadiyyatda 0,1 faizlik olsa da, müsbət göstərici qeydə alındı”
Xalqinfo.az xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib. O hesab edir ki, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün banklarla bağlı siyasətə yenidən qayıdılmalıdır: “Bankların sağlamlaşdırılması siyasəti təkcə Beynəlxalq Bankla məhdudlaşdırılmamalıdır. Bütövlükdə banklar bu siyasətin tərkibinə daxil edilməlidir. Mənası, əhəmiyyəti olmayan layihələrin icrasını dayandırıb bankları daha əhəmiyyətli layihələrin icrasına yönəltmək lazımdır”.
O, eyni zamanda, çıxışının sonunda hökuməti süni qiymət artımının qarşısını almaq üçün daha ciddi addımlar atmağa səsləyib.

Naxçıvanda seçkiqabağı təşviqat bu yerlərdə aparılacaq –

Naxçıvanda seçkiqabağı təşviqat bu yerlərdə aparılacaq - Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar olaraq seçkiqabağı təşviqatın aparılmasına martın 19-da başlanılacaq və aprelin 10-u saat 8:00-da başa çatacaq.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından unikal.org-a verilən məlumata görə, aşağıda qeyd olunan yerlər aprelin 11-də keçiriləcək Azərbaycan Respublikasında prezident seçkiləri ilə əlaqədar olaraq muxtar respublikada açıq və qapalı yerlər kimi müəyyənləşdirilib:
Naxçıvan şəhərində
Açıq yer – Naxçıvan Şəhər Stadionu
Qapalı yer – "Gənclik” Mərkəzi
Şərur rayonunda
Açıq yer – Şərur Mədəniyyət Evinin qarşısı
Qapalı yer – "Bahar” kinoteatrı
Babək rayonunda
Açıq yer – Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin qarşısı
Qapalı yer – Babək qəsəbə 1 nömrəli tam orta məktəbin akt zalı
Ordubad rayonunda
Açıq yer – Ordubad Şəhər Tədbirlər Meydanı
Qapalı yer – Ordubad Rayon Mədəniyyət Evi
Culfa rayonunda
Açıq yer – Culfa Şəhər Stadionu
Qapalı yer – Culfa Rayon Mədəniyyət evi
Kəngərli rayonunda
Açıq yer – Qıvraq Qəsəbə Stadionu
Qapalı yer – Kəngərli Rayon Mədəniyyət Evi
Şahbuz rayonunda
Açıq yer – Şahbuz Şəhər Stadionu
Qapalı yer – "Araz” kinoteatrı
Sədərək rayonunda
Açıq yer – Sədərək Rayon Mədəniyyət Evinin qarşısı
Qapalı yer – Sədərək Rayon Mədəniyyət Evi.

“Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər” – Əli Həsənov + Video

"Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər" - Əli Həsənov + Video
"Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələrin təsiri altına düşərək ölkəmiz əleyhinə çıxan savadsız soydaşlarımızla bağlı xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edilib".
Xalqinfo.az xəbər verir ki, bu sözləri Real TV-yə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, rəqib dövlətlər anti-Azərbaycan qüvvələrə dəstək olurlar.
“Beynəlxalq aləmdə Azərbaycanın siyasətini tənqid edən opponentlər, Azərbaycana qarşı kütləvi şəkildə düşmənçilik edən qüvvələr var. Onlar savadsız soydaşlarımızı da öz maraqlarına alət edirlər”, – deyə Əli Həsənov bildirib.

Zakir Həsənov yeni helikopter hərbi hissəsində olub – Foto + Video

Zakir Həsənov yeni helikopter hərbi hissəsində olub - Foto + VideoMüdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində bazalaşdırılan yeni helikopter hərbi hissəsində olub.
Bu barədə Xalqinfo.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Uçuş və texniki heyətlə görüşən Müdafiə naziri ordu aviasiyasının döyüşə hazırlıq səviyyəsi, onun imkanları və effektiv tətbiqi vəziyyətini yoxlayıb.
General-polkovnik Z.Həsənov hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.

Zakir Həsənov yeni helikopter hərbi hissəsində olub - Foto + Video
Zakir Həsənov yeni helikopter hərbi hissəsində olub - Foto + Video
Zakir Həsənov yeni helikopter hərbi hissəsində olub - Foto + Video

Bakı-Qazax yolundakı qəzadan dəhşətli fotolar –

Bakı-Qazax yolundakı qəzadan dəhşətli fotolar - Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.
Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes”in yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.
Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.
Uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.
***
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, xəsarət alan 4 sərnişin hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İki azyaşlı isə hazırda reanimasiyadadır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Onlardan birinin 8, digərinin isə 3 yaşı var.
Avtomobilin sürücüsünə isə kəllə-beyin travması diaqnozu qoyulub.
Bakı-Qazax yolundakı qəzadan dəhşətli fotolar -
Bakı-Qazax yolundakı qəzadan dəhşətli fotolar -

Baş nazir Qarabağ qazisinə təsbeh hədiyyə etdi

Baş nazir Qarabağ qazisinə təsbeh hədiyyə etdiQarabağ müharibəsində gözünü və ayağını itirən Azərbaycan qazisi kapitan Kamil Musəvi Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.
Xalqinfo.az xəbər verir ki, 6-cı Qlobal Bakı Forumunda iştirak üçün Azərbaycana gələn baş nazirlə qazi arasında səmimi söhbət olub.
B. Yıldırım Qarabağ müharibəsində ayağını və gözünü necə itirdiyini izah edən Musaviyə əzmindən və iddiasından heç bir şey itirmədiyini söyləyib. Qazinin “ayaqsız və gözsüz yaşamaq mümkün olsa da, vətənsiz yaşamaq mümkün deyil” sözləri naziri duyğulandırıb.
Kamil Müsəvinin Türkiyənin “Zeytun budağı” əməliyyatı haqqında hazırladığı videonu izlədiyini deyən Yıldırım “İnşallah, Qarabağ da bir gün düşmənlərdən təmizlənər” ifadələrini işlədib.
Kapitan Müsəvi söhbət əsnasında kitablardan oxuduğu Çanaqqala savaşında türk və fransız əsgəri arasında yaşanan hadisəni xatırlayıb.
Bildirib ki, Çanaqqala savaşı zamanı bir türk əsgəri paltarını cıraraq yaralı olan fransız əsgərinin yarasını sarıdı. Türk əsgəri deyib ki, fransızın cibindən qadın şəkili düşdüyünü görüb. “Anasının şəkili olduğunu düşündüm. Onun gözləyəni var idi. Mənim isə yox. Ona görə həmin əsgərə kömək etdim” sözlərini xatırladıb.
Qazi hadisəni davam edərək bildirdi ki, fransız generallarından biri hərb tarixində belə bir hadisənin analoqunun olmadığını deyib.
Görüşdən sonra baş nazir qazi Müsəviyə Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu lövhə və öz təsbehini hədiyyə edib.
Baş nazir Qarabağ qazisinə təsbeh hədiyyə etdi

Artur Rasi-zadə hesabat verir

Artur Rasi-zadə hesabat verirAzərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir.
Xalqinfo.az xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıb.
Bildirib ki, ölkədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib:
"Azərbaycan xalqı 2017- ci ildə sabit və təhlükəsiz şəraitdə yaşayıb. Ölkədə sistemli islahatlar uğurla davam etdirilib. Ölkə iqtisadiyyatına 17 milyard investisiya qoyulub”.
Həmçinin baş nazir Artur Rasizadə çıxış edir.