Pomidor suyu xərçəng riskini azaldır

Pomidor suyu xərçəng riskini azaldır
İspaniyadakı alimlər xərçəng xəstəliyi ilə mübarizə məsələsində yeni tədqiqatın nəticəsini açıqlayıblar.

“Politecnica de Valencie” universitetində aparılan araşdırmanın nəticələrinə əsasən, pomidor suyu içmək xərçəng riskini azaldır.

Tədqiqata əsasən, pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan istifadə edilir. Antioksidant xüsusiyyəti olan bu maddə əsasən də prostat xərçənginə qarşı təbii müdafiə qalxanıdır.

Bundan başqa likopenlər də bağırsaqlardakı sağlam bakteriyaların artımına səbəb olur.(unikal)

(Visited 15 times, 1 visits today)