“Qarabağ” ÇL-də mübarizəni dayandırdı

Bu gün Çempionlar Liqasında  3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

tezxeber.az-ın xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub. 

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. 

Lakin bu vəzifənin öhdəsindən gələ bilməyib. Oyun 1:1 hesabı ilə nəticələnib və ağdamlılar ÇL-də mübarizəni dayandırıblar.

www.tezxeber.az

(Visited 23 times, 1 visits today)