Toyu olacaq bəylərin nəzərinə – Kişilərin toydan öncə verməli olduğu analizlərin SİYAHISI

Toyu olacaq bəylərin nəzərinə - Kişilərin toydan öncə verməli olduğu analizlərin SİYAHISI
Hazırda toylar mövsümü start götürür. İnsanlar toya kimi bütün hazırlıqlardan keçir, təkcə səhhəti ilə bağlı atmalı olduğu addımlar nədənsə unudulur.

Çoxsaylı aşkar və gizli cinsi infeksiyaların geniş yayıldığını nəzərə alsaq, toyu olacaq gənclərin toydan 1 ay öncə fərdi uroloji müayinədən keçib, cinsi yolla keçən infeksiyalardan analizlər verməsi mütləqdir.

tezxeber.az medicina.az-a istinadən bildirir ki, mövzu ilə bağlı suallara uroloq Seymur Mehtiyev cavab verib:

” Toydan öncə kişilərin hansı müayinələrdən keçməsi mütləqdir və nə qədər öncə analizlər verilməlidir?”

-Toydan 1-2 ay öncədən həm xanımın, həm bəyin müayinədən keçməsi vacibdir. Təbii ki, dövlətimizin gözəl addımlarından olan məcburi qan analizi və müayinədən başqa, ayrıca ginekoloji, uroloji müayinələrdən də keçməlidirlər.

Bizim tərəfimizdən bu müayinələr tövsiyyə olunur:

-Spermoqramma – toxum analizi. Gələcəkdə övlad sahibi olmaq üçün bu vacib müayinədir. Ailə qurduqdan sonra uzun müddət hamiləlik olmadıqda gedib bu analizi verirlər və sürprizlə rastlaşırlar. Bir də var öncədən analizin cavabını və nəyə hazır olacağanı bilir.

-USM – uroloji və genital orqanların müayinəsi- orqanların anatomik olaraq dəyişikliklərini bilmək

-Sidik analizi

-Urogenital infeksiyaların yoxlanması

Şərt o deyil ki, hansısa əlamət, axıntı, yanğı, ağrı olsun. İnfeksiyalar gizli da qala bilir. Və bəy toydan sonra cinsi yolla keçən infeksiyaları xanımına da yoluxdurur. Beləcə cütlüyün müalicəsi daha baha başa gələcək, hamiləlikdə də problemlər yaşanacaq.

Əgər 1-2 ay öncə bu müayinələrdən keçsə, hətta müalicəyə da zamanı olar.

Bəs problemi qarşı tərəfə, yəni qız evinə deməlidirmi, yoxsa gizlətməlidir sualına həkim belə cavab verdi:

– Bu artıq pasiyentin şəxsi qərarıdır. Həkimin ixtiyarı yoxdur pasiyent sirrini deməyə. Əgər müalicə olunan xəstəlikdirsə, deməyə ehtiyac yoxdur. Ciddi problemdirsə, məsələn ağır genetik problem, 0-azosperm, xayaların normal inkişaf etməməsi kimi məsələləri bir insan kimi düşünürəm ki, qarşı tərəfə desə yaxşı olar. Amma yenə də ola bilər qarşı tərəf bununla razılaşsın, hər şeyə rəğmən ailə qursunlar.

(Visited 28 times, 1 visits today)