Ermənistanda hərbçi özünü asdı

12-04-2020, 19:18

Ermənistanda hərbçi özünü asdı

Ermənistanın Ararat əyalətində Ayqavan kəndindən Yexeqnavana aparan yolun üzərində ərik ağacından asılmış meyit tapılıb.

“TEZXEBER.AZ” erməni mətbuatına istinadən xəbər verir ki, intihar edən şəxsin 32 yaşlı müqaviləli hərbçi Rafiq A.-ya məxsus olduğu aşkarlanıb. Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan təsdiqləyib. Rafiqin bədənində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun ailə münaqişəsi zəminində intihar etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.