Bəşər tarixinin ən böyük yanğınları (SİYAHI)

15-04-2020, 20:14
Bəşər tarixinin ən böyük yanğınları (SİYAHI)
Yanğınlar dəfələrlə böyük fəlakətlərin mənbəyinə çevrilərək, təkcə malı-mülkü deyil, insan həyatını da məhv edib, iqtisadiyyata böyük ziyan vurub.

TEZXEBER.AZ-ın araşdırması.

Bu, günümüzə kimi haqqında bilgi çatan ilk yanğınlardan biridir. Yanğın 64-cü ildə Romada baş verib. Yanğın bütün şəhəri bürüyüb və demək olar ki, yeddi gün ərzində tüğyan edib. Nəticədə çox sayda insan tələf olub. Yanğından qurtulanlar isə evsiz-eşiksin qalıblar.
Böyük Londo yanğını 
Böyük London yanğını adını almış yanğın 1666-cı ildə baş verib və dörd gün davam edib. O dövrdə şəhərdə olan dam örtüklərinin çoxu sıradan çıxmışdı deyə, yanğın böyük sürətlə yayılmışdı. Bundan əlavə, güclü külək yanğının yayılmasını sürətləndirmişdi. Yanğın nəticəsində 13500 ev, 87 kilsə məhv olmuş və bundan başqa bütün idarə binaları yanmışdı. Xeyli adam ölüş, çoxları evsiz qalmışdı. Yanğın şəhərin iqtisadiyyatına böyük ziyan vurmuşdu: bərpa üçün demək olar, 50 il lazım olmuşdu.
Lissabon yanğını 
1755-ci ildə Lissabonda əsl fəlakət baş vermişdi. Hər şey böyük bir zəlzələnin baş verməsi nəticəində şəhəri sunaminin vurması ilə başlamışdı. Bundan sonra yanğın baş vermiş, nəticədə xeyli bina məhv olmuşdu. Faktiki olaraq şəhərin yarısı dağılmış, 40 min insan ölmüşdü. Ümumilikdə, 100-dən çox kilsə, habelə kral sarayı da daxil olmaqla bir çox saray dağılmışdı.
Moskva yanğını
Moskvadakı yanğın 1812-ci ildə fransızlar şəhəri ələ keçirdikdən sonra başlamışdı. Küləyin güclü olması ilə yanğının ildırım sürətiylə yayılması vəziyyəti daha da çətinləşdirmişdi. Yanğın nəticəsində 9151 yaşayış binasından 6496-sı, 329 məbəddən 122-si məhv olmuşdu. Yanğında 2 minə qədər yaralanan rus əsgəri həlak olmuşdu. Teatrlar, kitabxanalar və digər vacib binalar kül olmuşdu.
Çikaqoda böyük yanğın
Çikaqodakı yanğın 1871-ci ildə baş verib və demək olar, üç gün davam edib. Hər şey bir binanın yanmasından başlayıb, ancaq yanğın sürətlə qonşu binalara yayılıb və tezliklə şəhərin hər yerində şiddətli şəkil alıb. Yanğın nəticəsində həlak olanların dəqiq sayı hələ də bilinmir, lakin onların 300-dən çox olduğu aşkardır. 90 mindən çox insan evsiz qalıb.
Boston yanğını
Bu, ABŞ-da ən baha başa gələn yanğın sayılır. 1872-ci ildə baş verib və çox sayda binanın, evin, bazarın məhvinə səbəb olub. Şəhərin iqtisadiyyatına çox böyük ziyan dəyib. Minlərlə insan evsiz qalıb.
Kalimantan adasında meşə yanğını 
Bu yanğın 1982-ci ildə baş verib və adanın əhəmiyyətli bir hissəsini əhatə edib. Yanğın demək olar ki, 10 ay davam edib, nəticədə 800 min hektar meşə yanaraq məhv olub. Təəccüblü deyil ki, yanğında çox sayda bitki və heyvan ziyan görüb. Bundan əlavə, nəsli kəsilmək təhlükəsi ilə yaşayan bir neçə heyvan və bitki növü də məhv olub.
Avstraliya yanğınları
2009-cu ildə Avstraliyada meşə yanğınları baş verib. Nəticədə Merisvildə 181 nəfər ölüb və çox sayda tikililər yararsız hala düşüb. Xüsusilə, 750 bina və tikil tamamilə dağılıb. Nəticədə şəhərin təxminən 80%-i yanğın nəticəsində məhv olub.
2019-cu ildə Avstraliyada yanğınlar təkrar baş verib - nəticədə 6,3 milyon hektardan çox meşə yanaraq sıradan çıxıb. Yanğın nəticəsində 7 minə yaxın bina və tikili dağılıb, çox sayda heyvan ölüb. Bu yanğının tarixdə baş vermiş ən böyük meşə yanğını olduğu güman edilir. Ölkəyə iqtisadiyyatına hədsiz dərəcədə ziyan dəyib.