Yerevanda Putinlə jurnalist arasında gərgin anlar - VİDEO

1-10-2019, 21:56

Ali Avrasiya İqtisadi Şurasının Yerevanda keçirilən iclasından əvvəl Rusiya prezidenti Vladimir Putinlə "Rustavi 2” telekanalının əməkdaşı arasında gərgin anlar yaşanıb.

TEZXEBER.AZ lenta.ru-ya istinadən xəbər verir ki, Putin Şuranın keçirildiyi binaya daxil olarkən gürcü jurnalist ona səslənərək "Rusiya nə zaman öhdəliklərini yerinə yetirəcək? Öz qoşunları Abxaziya və Cənubi Osetiyadan nə vaxt çıxaracaq?” deyib. Putin isə gülümsəyərək "Rusiya öz öhdəliklərini yerinə yetirir” deyib.

Jurnalist təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb.