ABŞ: Türkiyə Suriyada hərbi əməliyyatlara başlayacaq

7-10-2019, 12:57

Türkiyə yaxın vaxtlarda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı hərbi əməliyyatlara başlayacaq.

TEZXEBER.AZ xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilib.

Rəsmi Vaşinqton Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın telefon danışığından sonra açıqlama yayıb. Qeyd edilib ki, ABŞ Silahlı Qüvvələri Suriyada Fərat əməliyyatlarını dəstəkləməyəcək və son iki ildə ABŞ-ın İŞİD-dən qoruduğu bölgəyə bundan sonra Türkiyə məsuliyyət daşıyacaq.

Ağ Evin bəyanatından sonra Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın da "Twitter"dən açıqlama verib. Mətbuat katibi bildirib ki, Türkiyənin kimsənin torpağında gözü yoxdur və Suriyanın ərazi bütövlüyü çərçivəsində "təhlükəsiz bölgə” yaratmaqda məqsəd sərhədlərinin təhlükəsizliyini, suriyalı qaçqınların öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir.