İsrail yeni havadan müdafiə sistemi istehsal edəcək

7-10-2019, 13:47

İsrail yeni havadan müdafiə sistemi hazırlayacaq.

TEZXEBER.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, Baş nazir Benyamin Netanyahu İsrail Təhlükəsizlik Kabinetinin iclasında nazirlərə bu barədə məlumat verib. 1 milyard dollara başa gələcək layihənin əsas hədəfi kruz raketlərindən müdafiəni təmin edə bilməkdir. 

Müdafiə sisteminin hazırlanması üçün sosial proqramlarda ixtisarlar aparılacaq və vergilər artırılacaq.