Tibb sahəsi üzrə Nobel mükafatı sahiblərini tapdı

7-10-2019, 13:51

Fiziologiya və ya Tibb üzrə Nobel mükafatının sahiblərinin adları açıqlanıb.

TEZXEBER.AZ xəbər verir ki, Vilyam G. Kalin, Ser Peter Ratkliff və Qreqq L. Semenza mükafata layiq görülüblər. Mükafat hüceyrələrin oksigeni müəyyənləşdirməsi və adaptasiya prosesi ilə əlaqədar tədqiqatlara görə təqdim edilib.

Qeyd edək ki, Nobel mükafatının sahiblərinə 9 milyon İsveç kronu (təxminən 830 min avro) pul mükafatı da veriləcək.