Ukrayna prezidnetindən Donbasla bağlı güzəşt

7-10-2019, 19:50

Ukrayna Prezidenti Vladimir Zelenski Donbas regionunun blokadasında müəyyən güzəştlərə gedib.

TEZXEBER.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, ölkə rəhbərinin qərarına görə, Donetsk və Luqansk regionlarına insanların daxil olması, ərzaq və dərman təminatı prosesi sadələşdiriləcək, əlilliyi və köməyə ehtiyacı olan insanlara yardım ediləcək. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına nəzarət məntəqəsində təhlükəsizliyin təminatı üçün körpü və digər infrastrukturların təmiri barədə göstəriş verilib.

Qeyd edək ki, Donbas konflikti 2014-cü ildə başlayıb. Ukraynada həyata keçirilən çevrilişdən sonra Donetsk və Luqansk regionları yeni hökuməti qəbul etməyərək Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını elan etdilər. Həmin il Ukrayna prezidenti Petro Poroşenko Donbasın sosial-iqtisadi blokadası barədə qərar qəbul edərək büdcə ödənişi, bank xidmətləri, qatarla sərnişin daşınması xidmətlərini ləğv etmişdi. 2016-cı ildə isə Donbasa nəqliyyat blokadası tətbiq edilmişdi.