Mindən çox azərbaycanlı könüllü hərəkata qoşuldu

14-10-2019, 10:11

Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyat Azərbaycan cəmiyyətində də maraq və həyacanla izlənir. Hətta Türk Ordusunun sıralarında döyüşmək üçün müraciət edənlər də var.
 TEZXEBER.AZ,Aznews.tv-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, artıq 1000 Azərbaycan vətəndaşı könüllü olaraq müraciət edib:
“Türkiyənin Suriyada keçirdiyi əməliyyati Azərbaycan Qaziləri , təqaüddə olan zabitlər, şəhid alələri , gənçlərimiz, QHT-lər və bütünlükdə Azərbaycan xalqı ürəkdən dəstəkləyir.
Müzəffər Türk ordusuna qısa zamanda qələbə qazanmasını arzulayırıq. Azərbaycan qaziləri və gəncləri Türk ordusunun tərkibində Suriyada döyüşmək istəyirlər. 1000 -dən artıq qazilər və gənclər artıq müraciət ediblər.
Biz hər zaman qardaş Türkiyənin və onun ordusunun yanındayıq. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə uzun ömür can sağlığı arzulayıram . Tanrı Türk ordusunu qalib etsin”.