Fələstindən “Barış pınarı” ilə bağlı daha bir açıqlama

14-10-2019, 13:15

"Fələstinin "Barış pınarı” əməliyyatını qınadığına dair xəbərlər yalan və böhtandır”.

TEZXEBER.AZ xəbər verir ki, bu sözləri Qəzzada yaşayan jurnalist Aybek Rabay deyib. 

O, ortalıqda çox çirkin xəbərlərin dolaşdığını bildirib: "Fələstinin "Barış pınarı”nı qınadığına dair xəbərlər isə yalan və böhtandır. Bölgədə yaşananlar və deyilənlər bunun tam tərsidir. Fələstin xalqı və Həmas hərəkatı Türkiyənin yanındadır. Türkiyə öz sərhədini və torpaqlarını qoruma haqqına malikdir”.

Xatırladaq ki, Fələstinin Türkiyənin terrora son qoymaq üçün başlatdığı "Barış pınarı” əməliyyatını qınadığı iddia edilmişdi. Fələstin tərəfi bu iddiaları rədd edərək "Fələstin Suriyanın şimal sərhədində baş verənlər haqqında heç bir açıqlama verməyib”, - deyə bəyanat yaymışdı. (Qaynarinfo)