"Abxaz tarixi həm də erməni məsələsidir", — Marqarita Simonyan erməni lobbisinin Abxaziyanın taleyini həll edəcəyinə işarə etdi

16-01-2020, 13:57
Abxaziya “inqilabı” fonunda erməni millətçiləri artıq Abxaziya və abxazların gələcəyini, ümumiyyətlə, onların müəyyən edəcəyini bildirməkdən belə çəkinmirlər. 
Heç bir şübhə yoxdur ki, bu gün abxaz klanlarının gücəllənməsi üçün Rusiya Federasiyasının büdcəsindən edilən böyük yardımlar məhz Rusiyadakı erməni lobbisinin hesabına edilir. Təbii ki, "Abxaziya xalqının çiçəklənməsi" üçün deyil, ilk növbədə, separatçı ərazinin bütün iqtisadiyyatına nəzarət edən Abxaziyanın erməni icmasının maraqlarına uyğundur.
Lakin son zamanlara qədər erməni millətçiləri Abxaziyaya maraq göstərdiklərini açıq şəkildə bildirməməyə çalışırdılar. Guya, abxazların özləri  öz "müstəqil" dövlətinin gələcəyini müəyyənləşdirir və onların bununla heç bir əlaqəsi yoxdur, ermənilər yalnız "Abxaziya qanunlarına tabe olan vətəndaşlardır".
Amma Abxaziyada "böyük qardaşdan soruşmadan" erməni lobbisi tərəfindən hakimiyyətə gətirilən abxazların nifrət etdiyi marionet Raul Hacımba istefaya  məcbur edildikdən sonra, erməni millətçiləri qərara alıblar ki, Abxaziyada baş verənlərə aydınlıq gətirməyin vaxtı gəlib catıb. Abxazlara belə bir işarə məhz bu günlərdə Kremlin baş təbliğatçısı Marqarita Simonyan tərəfindən ünvanlanıb.
Yəni “magnis news” saytında M.Simonyanın "Abxaz tarixi həm də erməni məsələsidir " adlı məqaləsi yerləşdirilib.
Abxaziyada nə baş verməsini bilmirəm, amma onu deyə bilərəm ki, əslində,elə Abxaziya  tarixi qəribə bir şəkildə, həm də erməni məsələsidir. Abxaziyada ənənəvi olaraq çox sayda erməni yaşadığına görə bu gün oradan Soçiyə çox sayda mühacirlər gəlir. Məsələn mənim babam və nənəm, bütün ömrlərini Pitsundada yaşayıblar.
Daxili siyasi eksperimentlər zamanı həmişə olduğu kimi, bəzi abxaz siyasətçilərı də birdən-birə milli məsələni qaldırıblar. Adlerdə artıq bir neçə aydır ki, evdar qadınlar və taksi sürücüləri bir-birlərinə qəzəbli şəkildə anti-erməni ritorikalı  videolar göndərirlər. Buna görə də, cənub regionlarda bu inqilab Moskvanını eşitmədikləri etirazlardan daha əyləncəli şəkildə müzakirə olunur.
Xatırladıram ki, fevral ayında Soçi Forumunun keçirildiyi Olimpiya Saraylarından Abxaziya sərhədinə qədər məsafə qırx dəqiqəlik piyada yoludu"
.
Marqarita Simonyanın dediklərini yaxşı anlamaq olar. Birincisi, o, babasının və nənəsinin Abxaziya ermənilərindən olduğunu qeyd etdi. Erməni auditoriyasında dərhal belə bir sual yaranır: Onda bəs niyə indiyə kimi  Simonyan kimi məşhur  bir erməninin Abxaziyada nə torpaq, nə də daşınmaz əmlakı yoxdur?  Deməli, təcili olaraq Abxaziyada yalnız separatçı hökumətin pasportuna malik olan ermənilərlə yanaşı  digər ermənilərə də əmlak almaq imkanını verən qanun qəbul etmək lazımdı .
Simonyanın qeyd etdiyi Soçidəki Olimpiya sarayları demək olar ki, hamısı erməni podratçıları tərəfindən inşa edilib. Bu tikintidə ermənilər böyük pullar  "mənimsəyiblər". Bundan əlavə, elə bu gün qeyri rəsmi məlumatlara görə  2014 Qış Olimpiya Oyunlarının keçirildiyi Soçidə yerli əhalinin 70 faizini ermənilər təşkil edir. Bu isə Rusiyanın cənubunda "kiçik və qədim Erməni şəhərinin" olması deməkdir.
Soçinin yaxınlığında isə, ermənilərin çoxluq təşkil etdiyi Abxaziya  var. Daha bir "kiçik Ermənistan". Simonyan kimi  erməni millətçiləri artıq bu torpaqların vahid  bir ərazi kimi birləşməsini nəzərdən keçirirlər. Təbii ki, Ermənistan adı ilə. Bu isə bu torpaqların gələcəyini onların müəyyənləşdirəcəyinə bir işarədir.

Kavkazplus
Tərcümə: Ə.Məmmədli