Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la İsmayılovun evinə getdi - VİDEO

10-10-2019, 13:06

Məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda hansı avtomobillə gəzdiyi məlum olub. 

TEZXEBER.AZ unikal.org-a istinadən xəbər verir ki, biznesmen 10-LH-100 Azərbaycan dövlət nömrə nişanlı "Rolls-Royce Phantom” avtomobilində gəzir. Avtomobil oğlu Ələkbər İsmayılovun adınadır. 

Qeyd edək ki, T.İsmayılov sözügedən avtomobilini 2010-cu ildə sürmək üçün  Türkiyədən Bakıya təyyarəsi ilə gətirmişdi.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Telman İsmayılov "Rəis” ləqəbli kriminal avtoritet Sedat Pekeri Monteneqroda öz evinə bu avtomobildə aparıb.