TEZXEBER.AZ Metbuat.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "Ay Zaur” proqramında deyib. Sənətçi efirdə şəxsi həyatından, xanımı və üç övladından söz açıb: "Bir Allah şahiddir ki, ən qorxduğum, yaralı yerim ailəmdir. Onlara demişəm ki, bir şey olsa, mən sizə heç nə etmərəm, özümü öldürərəm. Onları bu yolla qorxuduram. Ona görə də, övladlarımla fəxr edirəm. Üç övladım var, onlar bir manat belə mənə ziyan vurmayıblar. Bakı balaca şəhərdi, hamı bir-birini yaxşı tanıyır. Buna görə mən rahat danışıram. Qızım mənə daha çox bağlıdır, o, mənimlə nəfəs alır”.


