Gülmürzəyev Cankişi Alıkişi oğlu həkim terapevt

26-02-2020, 20:45


Gülmürzəyev Cankişi Alıkişi oğlu 1957-ci il,dekabırın 15-də Masallı rayonunun Yenizevant kəndində anadan olub.  İlk ibtidai təhsilini,doğma kəndində aldıqdan sonra ,orta təhsilini isə Bakı şəhəri 5 nömrəli Kimya-Biologiya təmaüllü liseydə tamamlayıb. Həmin ili -1976-cı ildə sənədlərini Azərbaycan Dövlət Tib Universitetinə verib və müalicə fakultəsinə qəbul olunub.1982-ci ildə universiteti bitirdikdən sonra təyinatla Rusiyanın Sivirdlovski vilayətinin Nijni-tagil şəhərində əmək fəaliyyətinə başlayıb. Müxtəlif vəzifələrdən Baş həkim vəzifəsinə qədər yüksəlib.Hal hazırda şəhər 4 nömrəli kliniki xəstəxananın aparıcı həkimlərindəndir.1992-ci ildə vətənə dönüb.Altı ay işsiz qalan həkim yenidən Rusiyaya qayıdıb.1997-ci ildən indiyədək müəlicə həkimi olaraq fəaliyyətini davam etdirir.

Burdan vətən necə görünür?

Vətən mənim üçün çox əzizdi. Mənim ən böyük arzum Azərbaycanda öz elimə caamatıma  xidmət etməkdir.Bu gün əgər Azərbaycandan mənə işləmək üçün təklif gəlsə mən qaça-qaça gedərəm.Ona görə ki,mənim ürəyim vətənimlə döyünür.

İşləmək üçün Azərbaycan Səhiyyə Nazirliyinə müraciət etmisinizmi?

Dəfələrlə müraciət etmişəm hətda altı ay Azərbaycanda yaşadım ki,işlə təmin olunub vətəndə qalım amma alınmadı.Bilirsiniz vətənə və vətəndaşlara xidmət etməkdən gözəl nə olabilər? .Mən hər zaman arzulamışam ki,millətimin sağlamlığının keşiyində dayanım.

Həkimhər an insanların sağlamlığının keşiyində dayanır, sizin üçün millətin fərqi varmı?

Bəli biz millətlərə yox insanlara xidmət edirik ,mənim xəstələrim ermənilərdə olur mən yenədə o insanlığını itirmiş varlıqlara insan kimi baxıram.Mənim peşəm insanların sağlamlığnın keşiyində dayanmaqdır və bu işi vicdanla yerinə yetirirəm.Bilirsiniz mən burada əsgərəm,amma çox istərdim ki,Azərbaycanımın əsgəri olum vətənimə,elimə ,torpağıma,millətimə xidmət edim.Burada da insanlara xidmət edirəm mənim üçün ən vacibi onları hər hansı  xəstəlikdən xilas etməkdir. Bu işi uğurla  gördükdə çox sevinirəm və pasientlərim mənə təşəkkür edib öz minnətdarlıqlarını bildirirlər.Bir həkim kimi bundan artıq mənə nə lazımdırki?

Buranın təbiəti necədi,Masallı ilə fərqi çoxdurmu?

Əlbətdə fərq çoxdur Masallı subtropik zonadı,on iki iqlimin doqquzu azərbaycanda var.Bura isə qışı sərt,cəmi iki aya yaxın yay olur.Qalan on ayı soyuq ,şaxta, qar olur.Düzdü biz öyrəşmişik bu havaya amma yenə də vətənin yerini heç nə verə bilməz.Çünki,əsil yaşamalı yerdi Azərbaycan, sadəcə iş yoxdu,təqəüdə çıxandan sonra vətəndə yaşayacağam,doğma Masallımda inşallal.Mənim vətənimdə doğmalarım,dostlarım ,şirin xatirələrim  var .İldə bir dəfə ,məzuniyyətə çıxanda mütləq gedirəm kəndimizə,ziyarət edirəm valideyinlərimin qəbrini.İnsan nə qədər yüngülləşir,inanın çox darıxıram vətən üçün. Azərbaycanın füsünkar təbiyyəti var .Bakı şəhəri və regionlar çox gözəlləişib.Amma tale bizi gətirib atdı bura .Mən kəndimizə gedəndə hərdən sağ qalan müəllimlərimlə görüşürəm onlar mənə deyir ki,” biz səni yetişdir dik ki,oxuyub bizə xidmət edəsən” hardasa onlar da haqlıdır,məni yetişdiriblər amma bəhrəmi başqaları yeyir.Nə qədər istəsəm də alınmır ki,gəlim kəndimdə işləyim.

Azərbaycanlı   ziyalılar sənət adamları quluqçular çoxdurmu burada,əlaqələriniz tanışlarınız varmı?

Əlbətdə var ,burada millətimin  nümayəndələri çoxdur .Çoxuda yaxşı vəzifələrdə işləyirlər,həkimlər ,müəllimlər,polislər və müxtəlif xidmətlərdə yüksək postlar tutublar.Tədbirlərdə hərdən görüşürük demək olar ki mən əksəryətini tanıyıram yəqin işimlə əlaqədardı mənə çoxlu müraciyətlər olunur,demək olar ki,tez-tez onlarla görüşürük. Mənim azərbaycanlılardan ibarət çoxlu pasientlərim var. 

Tezxeber.az   vasitəsi ilə bir həkim və eloğlu olaraq uzaq sibir vilayətindən nə deyərdiniz çoxsaylı oxuculara?

Mən ilk öncə millətimə sağlamlıq arzulayıram, həmişə sağlam və gümrah olsunlar.Bir-birinin qədrini bilsinlər,can deyib can eşitsinlər.Heç vaxt həkimlərə işləri düşməsin.Dövlətə sadiq,millətə etibarlı olsunlar.Azərbaycan gözəl dövlətdi , müdrük və uzaqgörən  prezidenti var. Mən dövlət başçısını və birinci xanımı Mehriban Əliyevanı dəstəkləyirəm və onların apardıqları siyasəti bəyənirəm.Yaşasın Azərbaycan və azərbaycanlılar!

Ceyhun Şüküroğlu, tezxeber.az  üçün