Qobustanın gözəl palçıq vulkanları (FOTOREPORTAJ)

15-10-2019, 09:07










Azərbaycanda və bu ölkənin Xəzər dənizi sahillərində 400-dək palçıq vulkanı var ki, bu da dünyada bütün palçıq vulkanlarının yarısından çoxu deməkdir.

Bakıdan 15 kilometr məsafədə yerləşən bu palçıq vulkanlarından biri 2001-ci ildə qəflətən 15 metr hündürlükdə alov saçmağa başlayaraq, dünyanın xəbər gündəminə çevrilib.  

Bu vulkanların müalicəvi əhəmiyyətə malik olduğu düşünülür, buna görə bir çox yerli və beynəlxalq turist həmin vulkanlardan yararlanmaq üçün Azərbaycanın Qobustan bögəsindəki palçıq vulkanlarının qaynadığı əraziyə gedir. 

Qobustanda bir palçıq vulkanı orta hesabla hər 20 ildə bir dəfə və ya daha artıq, böyük təzyiqlə püskürür və yüzlərlə metr yüksəklikdə alov saçmaqla yanaşı, ətraf əraziyə tonlarla palçıq səpir. 

TEZXEBER.AZ