“Oğru və doğru” pyesi tamaşaçılara təqdim olundu

4-11-2019, 23:05

İrəvan Dövlət Azərbaycan Dram Teatrında daha bir premyera olub.

TEZXEBER.AZ xəbər verir ki, 4 noyabr 2019-cu il tarixdə saat 19.00-da tanınmış yazıçı-dramaturq İmir Məmmədlinin “Oğru və doğru” pyesi tamaşaçılara təqdim olunub.

Anşlaqa səbəb olan tamaşanın qurluşçu rejisssoru Nicat Alatoran, rəssamı isə Vahid Mürsəliyevdir.

Musiqi tərtibatı Çingiz Xəlilova məxsus olan səhnə əsərində rolları İrəvan Dövlət Azərbaycan Dram Teatrının istedadlı və qabaqcıl aktyorları Mürvər Nemətova, Anar Buludov, Rövşən Cəfərov, Niyaməddin Səfərəliyev, Arzuman Tanrıverdiyev ifa ediblər. Alqışlarla qarşılanan tamaşa sənətsevərlərə Şuşa Dövlət Musiqili Dram Teatrnın səhnəsində təqdim olunub.

Premyerada ölkənin tanınmış yazarları və sənət adamları iştirak ediblər. İrəvan Dövlət Azərbaycan Dram Teatrından TEZXEBER.AZ-a verilən məlumata görə “Oğru və doğru” pyesi İmir Məmmədlinin bu sənət ocağında oynanılan ikinci əsəridir. Tezxeber.az