Baba Vəziroğlu ilə bağlı sərəncam

10-01-2020, 17:39

Azərbaycan Prezidenti İlham Əliyev şair Baba Vəziroğlunu təltif edib.

TEZXEBER,AZ xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilib. 
 
Qeyd edək ki, bu gün əməkdar incəsənət xadimi olan B. Vəziroğlunun 66 yaşı tamam olur.