Xarici ölkələrdə Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək

12-02-2020, 22:33
Xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri Azərbaycana gətiriləcək.
TEZXEBER.AZ apa-ay istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqrammı”nda əksini tapıb.
Sənədə əsasən, Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyi 2020–2025-ci illərdə xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycan Respublikasına gətirilməsini təmin etməlidir.