Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

6-04-2020, 12:10
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı (FOTO)

TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 5-nə olan statistik göstəriciləri açıqlayıb.

TEZXEBER.AZ xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 080 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 44 753 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 63 yeni yoluxma və 2 ölüm faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 584 yoluxma aşkarlanıb.
Onlardan 32-si sağalıb, 7-si ölüb. Hazırda aktiv xəstə sayı 545-dir.