Şabranda ana və oğlunu güllələyən şəxs saxlanıldı

12-04-2020, 19:01

Şabranda ana və oğlunu güllələyən şəxs saxlanıldı

Şabranda ana və oğlunu güllələyən şəxs saxlanıldı

Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb. 

"TEZXEBER.AZ" Qafqazinfo-ya istinadən  xəbər verir ki, qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 
Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib. 
Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir.