“Xahiş edirəm, Rusiya-Azərbaycan sərhədinə getməyin” - Polad BülbüloğlU

12-04-2020, 19:14

“Xahiş edirəm, Rusiya-Azərbaycan sərhədinə getməyin”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan azərbaycanlılara müraciət edib.

“TEZXEBER.AZ” xəbər verir ki, səfir sərhədə toplaşan həmyerlilərimizə çağırış edib:
“Vəziyyət gərgin olaraq qalır. Dövlətlərin əksəriyyəti öz sərhədlərini bağlayıb. Azərbaycan hökuməti də məcburiyyət qarşısında sərhədləri bağlayıb. Elan olunduğu kimi, aprelin 20-dək ölkəyə giriş qadağandır. Sizdən artıq dərəcədə xahiş edirəm, Rusiya-Azərbaycan sərhədinə getməyəsiz. Orada gözləmək üçün heç bir şərait yoxdur. Ora getməklə Rusiya tərəfinə, Dağıstan hökumətinə və Azərbaycan tərəfinə problem yaradırsız. Orada gözləməklə heç bir şey olmayacaq. Sərhəd nə bir xahişlə, nə də təzyiqlə açılmayacaq. Ayın 20-dən sonra sərhəd ya açılacaq, ya da bir müddət bağlı qalacaq. Ona görə, xahiş edirəm, sərhədə getməyin”.
P.Bülbüloğlu vətəndaşlara səfirliklə əlaqə saxlamağı, sənədləri e-mail ünvanına göndərməyi də xahiş edib.