Vilayət Eyvazovdan yeni təyinat

14-04-2020, 11:21
Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

"TEZXEBER.AZ" Oxu.az-a istinadən xəbər verir ki, nazir general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Vüqar Hacıyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinin (PB) rəisi təyin edilib.
V.Hacıyev bundan əvvəl Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi olub.