Tanınmış tərcüməçilər mükafatlandırıldı

25-06-2020, 11:59


Bu il, ömürlərini milli oxucunun dünyagörüşünün zənginləşməsinə, mütaliə zövqünün formalaşmasına həsr etmiş,uzun illər bu sahədə çalışaraq neçə-neçə dünya ədəbiyyatı və elminədair nadir əsərlərin orijinaldan tərcüməsini ərsəyə gətirmiş tanınmış tərcüməçilər –Vilayət Hacıyev və Vaqif Aslanın 70yaşı tamam olur.

TEZXEBER.AZ-;bildirir ki,bu münasibətlə, eyni zamanda tərcümə sənətinə verdikləri xüsusi töhfələrə və xidmətlərinəgörə hər iki sənətkar AzərbaycanDövlət Tərcümə Mərkəzinin təsis etdiyi Xüsusi Fəxri Diplomadöş nişanına layiq görülübblər.