Azərbaycanda zəlzələ oldu

7-10-2019, 13:14

Masallı rayonunda zəlzələ olub.

TEZXEBER.AZ bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Xəbərə görə, yerli vaxtla saat 11:39:57-də Lənkəran stansiyasından 26 km şimal-qərbdə Masallı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.