İlham Əliyev İsveçrənin Kantonlar Şurası sədrini qəbul edib

9-10-2019, 11:18

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

TEZXEBER.AZ-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.