Türk Şurasına sədrlik Azərbaycana keçdi

14-10-2019, 13:09

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Qırğızıstandan Azərbaycana keçib.

TEZXEBER.AZ "Report"a istinadən xəbər verir ki, bunu Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirib.

O, sədrliyin Azərbaycana Naxçıvan sazişinin imzalanmasının 10 illiyinin qeyd olunduğu vaxtda keçdiyini xüsusi vurğulayıb.

Xatırladaq ki, oktyabrın 15-də Bakıda Türk Şurasının VII sammiti keçiriləcək.

Zirvə görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. Sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.