Pərvinə görə işdən çıxarılan polis danışdı: "Peşmanam"

30-11-2019, 20:22


Pərvinə görə işdən çıxarılan polis danışdı:

Aktrisa Pərvin Abıyeva ilə yayılan görüntülərinə görə işdən çıxarılan polis zabiti Murad Abdullayev açıqlama verib.

TEZXEBER.AZ xəbər verir ki, məsələ ilə bağlı "Unikal.org"-a açıqlama verən Sumqayıt şəhər Polis İdarəsin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili işləmiş M.Abdullayev vəzifəsindən azad olunmağına təəssüfləndiyini bildirib:
"Pərvin Abıyeva ilə əvvəl münasibətim olub. Amma ailəli deyilik. Hazırda münasibətimiz yoxdur. İşdən çıxarılmağım doğru qərar idi. Bu hərəkətimə görə çox peşmanam".
Qeyd edək ki, M.Abdullayevin Pərvinlə görüntüləri yayılmışdı.