Fəxri İsmayılov Baş Nazirin köməkçisi təyin edildi

5-12-2019, 17:22

Fəxri İsmayılov Baş Nazirin köməkçisi təyin edildi

Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib.

TEZXEBER.AZ xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun verdiyi məlumata görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Baş Nazirin digər sərəncamı ilə Feyruz Rəvayət oğlu Mustafayev Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

tezxeber.az