H.Əliyevin vəfatının ildönümü Şabranda böyük ehtiramla qeyd olundu

12-12-2019, 22:28
Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü Şabranda böyük ehtiramla qeyd olunub.

TEZXEBER.AZ-a verilən məlumata görə,Heydər Əliyev adına Meydanda yerləşən abidənin önündə baş tutan mərasimdə, Şabran rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Hüseynov, rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və gənclər iştirak etmişlər.
Xüsusi izdihamın yaşandığı tədbirdə iştirakçılar Ulu Öndərə olan ehtiramlarını abidəsi önünə gül dəstələri qoymaqla bir daha göstərmişlər.


tezxeber.az