“Azadlıq” romanı Macarıstanda nəşr olundu

11-06-2020, 14:23


Macarıstanın nüfuzlu “Narkut Kiado” nəşriyyatı tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun macar dilinə çevrilmiş “Azadlıq” (“Szabadulás”) romanını nəşr edib.


 TEZXEBER.AZ-a verilən məlumatda bildirilir ki, Əsəri türk dilindən (“Azatlık”, “Zengin yayıncılık” nəşriyyatı – 2018) macar dilinə tanınmış macar tərcüməçisi Laura Pal çevirib.

 Mənbə onuda bildirdi ki, 2003-cü ildən paytaxt Budapeştdə fəaliyyət göstərən Narkut Kiado” müasir və klassik macar ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrinin nəşrinə də geniş yer ayıran aparıcı nəşriyyatlardan biri kimi tanınır.

Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə nəşr edilib.