Türkiyə Prezidenti: “Suriya ordusunu hər yerdə vuracağıq”

12-02-2020, 13:12
“Fevral ayının sonuna kimi Suriya ordusunu müşahidə məntəqələrindən uzaqlaşdırmaqda qətiyyətliyik”.

TEZXEBER.AZ apa-ya istinaən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, tərəddüd edilmədən havada və quruda lazım olan müvafiq addımlar atılacaq.
“Verilən vədlərə əməl edilməsini gözlədik. Ancaq bizə verilən vədlərə əməl olunmadığı kimi, razılaşmalara da heç kim riayət etmir. Hücumlar birbaşa əsgərlərimizi hədəf almağa başlayıb. Əgər məsələ belədirsə, biz də sözə yox, meydandakı həqiqətlərə baxıb hərəkət edəcəyik. İdlibdə mülki insanların yaşadıqları yerləri vuran hərbi təyyarələr əvvəlki kimi rahat şəkildə hərəkət edə bilməyəcəklər. Artıq heç kimin təxribatlarına göz yummayacağıq. Müşahidə məntəqələrindəki əsgərlərimizə ən xırda zərər veriləcəyi təqdirdə, bu gündən etibarən İdliblə bağlı imzalanan Soçi razılaşmasına baxmayaraq, Suriya ordusunu hər yerdə vuracağımızı elan edirəm”, - deyə Türkiyə Prezidenti qeyd edib.