MSK 220-dən çox videonu araşdırır

15-02-2020, 16:16
Mərkəzi Seçki Komisisyasının bugünkü iclasında sosial şəbəkələrdə seçki prosesi zamanı çəkilən və pozuntu olduğu iddia edilən videogörüntülərlə bağlı müzakirə aparılıb.

TEZXEBER.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov təxminən 30 dairə üzrə 220-dən artıq videogörüntü əldə edilib və araşdırıldığını bildirib. 
"Onların bəziləri sosial şəbəkələrdə paylaşılıb, bəziləri birbaşa bizə daxil olanlardır. Kifayət qədər yaxşı mütəxəssislər bu görüntüləri araşdırır", - deyə o, qeyd edib.