Onların dairəsi ilə bağlı şikayətlər DSK-ya göndərildi - Tam siyahı

15-02-2020, 16:21
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətlərə baxılıb.

TEZXEBER.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bir sıra dairələr üzrə müraciətlər baxılması üçün Dairə Seçki Komissiyalarına göndərilib.
Bunlar aşağıdakılardır:
9 saylı Binəqədi ikinci seçki dairəsi - Lider namizəd Kəmaləddin Qafarov
11 saylı Qaradağ seçki dairəsi - Lider namizəd Aydın Hüseynov 
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi - Lider namizəd Xasayeva Səbinə
5 saylı Yasamal seçki dairəsi - Lider namizəd Ülvi Quliyev 
16 saylı Yasamal ikinci seçki dairəsi - Erkin Qədirli
18 saylı Nərimanov-Nizami seçki dairəsi - Lider namizəd Rasim Musabəyov 
23 saylı Nəsimi-Səbail seçki dairəsi - Lider namizəd Ziyad Səmədzadə
29 saylı Səbail seçki dairəsi - Lider namizəd Nigar Arpadari
31 saylı Suraxanı ikinci seçki dairəsi - Etibar Əliyev
41 saylı Sumqayıt birinci seçki dairəsi - Lider namizəd Hicran Hüseynova
42 saylı Sumqayıt seçki dairəsi - Lider namizəd Tahir Mirkişili
47 saylı Mingəçevir seçki dairəsi - Lider namizəd Aydın Mirzəzadə
54 saylı Şabran-Siyəzən seçki dairəsi - Lider namizəd Qurbanov Sadiq
56 saylı Xaçmaz kənd seçki dairsi - Lider namizəd Mikayılova Sevil
63 saylı Sabirabad birinci seçki dairəsi - Lider namizəd Cəfərov Kamal
72 saylı Yardımlı-Masallı seçki dairəsi - Lider namizəd Musa Qasımlı 
77 saylı Astara seçki dairəsi - Lider namizəd Rəşad Mahmudov
78 saylı Lerik seçki dairəsi - Lider namizəd İqbal Məmmədov
79 saylı İmişli seçki dairəsi - Lider namizəd Razi Nurullayev
82 saylı Ağcabədi seçki dairəsi - Lider namizəd Tahir Rzayev 
91 saylı Ucar seçki dairəsi - Lider namizəd Ramil Həsən
94 saylı Bərdə kənd seçki dairəsi - Lider namizəd Zahid Oruc
106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi - Lider namizəd Ülviyyə Ağayeva
112 saylı Qax seçki dairəsi - Lider namizəd Azər Kərimli 
Qeyd edək ki, MSK-nın növbəti iclası fevralın 17-i saat 16:00-da keçiriləcək. Növbəti daxil olan müraciətlərə həmin iclasda baxılacaq.