Şefçoviç: Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylər yekun mərhələyə daxil olur

15-02-2020, 16:52
Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylər yekun mərhələyə daxil olur.

TEZXEBER.AZ trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Münxen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşüb:
“Biz birlikdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində böyük səylə işləmişik. Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylərimiz yekun mərhələyə daxil olur”.
Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Avropaya nəqli bu il başlayacaq.
Dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.