Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib

15-02-2020, 19:57
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

TEZXEBER.AZ apa-ya istinadən xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə nazirlər Suriyanın İdlib əyalətindəki böhran daxil olmaqla, Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər .
Bundan başqa, görüşdə ikitərəfli münasibətlərə dair məsələlərə də toxunulub. Rusiyanın Türkiyədəki səfirliyinin ünvanına olan təhdidlərlə əlaqədar Türkiyə tərəfi Rusiya diplomatik nümayəndəliklərinin və əməkdaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı bütün lazımi tədbirlərin görüldüyünə əminlik ifadə  edib.