Ukrayna Rusiyaya nota göndərdi: "Gəmini qaytarın!"

4-11-2019, 20:52

Rəsmi Kiyev ötən il Kerç boğazında saxlanılan hərbi gəminin geri qaytarılması barədə Rusiyaya nota göndərib.

TEZXEBER.AZ xəbər verir ki, bu barədə Ukraynanın XİN rəhbəri Vadim Pristayko məlumat verib.
 
O, Estoniyanın XİN başçısı Urmas Reinsalu ilə birgə mətbuat konfransında bu barədə danışıb və bildirib ki, Rusiyaya gəminin geri qaytarılmasının təşkili barədə müraciət ünvanlanıb. 

Qeyd edək ki, Rusiya ötən il 25 noyabrda sərhədi pozmaqda ittiham etdiyi Ukrayna gəmisini ələ keçirmiş, ekipaj üzvlərini həbs etmişdi. Dənizçilər bir neçə ay əvvəl əsir mübadiləsi çərçivəsində azad edilərək Ukraynaya yola salınıb.