XİX əsrdə İrəvan - şəhərin azərbaycanlı keçmişi ilə bağlı həqiqətləri gizlətmək mümkün deyil

11-01-2020, 20:10
Ermənistan Respublikasında tarixi saxtalaşdırmaq üçün edilən bütün cəhdlərə baxmayaraq, həqiqət gizlətmək mümkün olmur. Xüsusilə bu gün  Ermənistanın paytaxtı olan Yerevan şəhərinin yerində yerli azərbaycan əhalisinin tamamilə qovulmuş və dağıdılmış Azərbaycanın İrəvan şəhərinin keçmişini xatırladaq. 

 TEZXEBER.AZ xəbər verir ki, Artur Akopyanın “ vstrokax” saytında dərc olunmuş  “XIX əsrdə İrəvan” adlı məqaləni müəllif hər vəchlə onu “erməni mövqelərindən” yazmağa çalışsada, İrəvanın (Yerevanın) Azərbaycan şəhəri olduğu birmənalı göstərilir.
  Həmin məqaləni tam şəkildə veririk: “Heç kimin ağlına gəlməzdi ki, 19-cu əsrə aid İrəvan (Yerevan) nə vaxtsa erməni dövlətinin paytaxtı ola bilər. Eyni zamanda, gələcək Ermənistan paytaxtının hələ də kiçik, bəzi yerlərdə yaşanmayan və dəhşətli kanalizasiya olmasına baxmayaraq, İrəvan hələ o zaman digər şəhərlərin fonunda maraqlı xüsusiyyətlərə sahib idi.
  Ümumiyyətlə, İrəvanda əmək bölgüsü yox idi. Ticarətçi və hətta bir rəsmi şəxs eyni vaxtda bir bağ sahibi ola bilər və onu öz vəsaitləri ilə idarə edə bilər. Bu, əsasən bağların bolluğu və yaxşı şəraitlə əlaqədardır.  Rusiyalı müşahidəçilərə görə, İrəvan bütün Rusiya İmperiyasında bağçılıq üçün ən yaxşı yer idi: burada hər hansı bir regional və xarici meyvələrin istənilən növünü yetişdirmək mümükün idi. Problem yerli bağbanların buna xüsusi maraq göstərməmələri idi. Yeri gəlmişkən, İrəvanda ən yaxşı şaftalılar və almalar olub. Ümumilikdə 692 meyvə bağı olub. Burada bostanlar  da böyük ölçüdə idi, baxmayaraq ki, ermənilər tez-tez süfrədə tərəvəzlərdən istifadə edirdilər və onlarsız nahar yeməyə başlamırdılar. İrəvanın o vaxtkı türkləri belə bir atalar sözləri ilə çıxış etdilər: "qızılgülü şərəfini bülbül, tərəvəz  ləyaqətini isə erməni  bilir".
  Maraqlıdır ki, ticarətçilərin də fəaliyyət bölgüsü şərti idi, bu isə yerli ticarətcilər arasında  çətinliklərin yaranmasına səbəb olurdu. Çünki farfor satıcısı eyni zamanda xalça da satırdı, dulusçuluq satıcısı toxum da sata bilərdi. Yerli ermənilər getdikcə təkcə bazar dükanlarını deyil, tam keyfiyyətli mağazalar tikməyə başladılar. Mal almaq üçün Tiflisə, Moskvaya, Varşavaya və Vyanaya gedirdilər. Bunlar əsas məqamlar idı. Şəhərdə çətinliklə təhsil alırdılar, amma ermənilərin həvəsləri təhsil ənənəsindəki banal fərqə görə yerli türklərdən çox idi. Türklər ümumiyyətlə nizam anlayışının olmadığı məscidlərin həyətlərindəki hücrələrdə oxuyurdular.  Yeganə böyük təhsil ocağı, həqiqətən çox çalışan tələbələrin 60 nəfərin daxil olduğu Ali Müsəlman  Məktəbi idi. Eyni zamanda, onlar təhsil üçün məscidlərə ödəmirdilər, əksinə məscid onlara pul verirdi.
  Ermənilər isə öz kitabxanaları olan dini seminariyalarda və kilsə məktəblərində oxuyurdular. Bir seminariyanın problemlərini həll etmək üçün həm Eçmiədzinə, həm piskopos yepiskopuna, həm də seminariyanın müfəttişinə, həm də himayəçilərə müraciət etmək lazım gəldiyi zaman bütün dəhşətli bürokratiya onları qıcıqlandırırdı. Məktəblərdə təhsil səylə aparılırdı, lakin mürəkkəb iyerarxiyaya görə böyük problemlər var idi. 
  Bütün bu problemə baxmayaraq, İrəvan yenə də gələcək birinci respublikanın əsas mərkəzi ola bildi. Daha geniş və əl sənətkarlığı olan Alexandropol bir sadə səbəbdən uduzdu: nə qədər ki, onun tərkibində manufaktura geniş inkişaf etmişdi, daha az inkişaf etmiş İrəvanda kapitalizm münasibətləri inkişaf edirdi. İrəvan təşəbbüsü ələ aldı."Məqalənin sonu.
  Ən maraqlısı odur ki, müəllif  əvvəldən etiraf edir ki, "heç kimin ağlına gəlməzdi ki, XIX əsrin İrəvanı nə vaxtsa erməni dövlətinin paytaxtı ola bilər. Bu o deməkdir ki, az saylı erməni tacir təbəqisi olan bu şəhər tamamilə Azərbaycan şəhəri olub.
  Doğrudur, müəllif şəhərin ermənilərin təhsildə "böyük ruh yüksəkliyinə" çevrildiyini izah edir. Təəssüf ki, real olaraq erməni millətçiləri sonradan qeyri-erməni əhalinin soyqırım və etnik təmizlənməsinə "ruh yüksəkliyi" göstərirdilər. Təəssüf ki, Eçmiədzin himayəsi altında kilsə məktəblərində, məktəblərdə və seminarlarda bu "ruh yüksəkliyi" aşılanmışdır. Qeyri-ermənilərə nifrət etməyi və "liderlərə" qulaq asmağı öyrədirdilər. Bununla yanaşı onlara mənəvi və siyasi ekstremizmi öyrədirdilər. Müəllifin yazdığı kimi bu məktəblərdə "nizam-intizam yox idi", yəni məscidlərdə və mədrəsələrdə azərbaycanlıların öyrənmədikləri burada örgədilirdi.
  Nə üçün məscidlərdə ciddi intizam var? Eçmiədzin məktəblərindən fərqli olaraq, orada yaraqlılar və terrorçular hazırlanmırdı. İnsan isə "intizama görə" deyil, qəlbinin hökmü ilə dua etməlidir.
  Amma Eçmiədzinin himayəsi altında yerləşən məktəblərdə gənc ermənilər demək olar ki, ordu intizamı ilə yanaşı onların beyinlərini ilk növbədə "Böyük Ermənistan" və ermənilərin "müstəsnalığı" mifləri ilə yuyulurdu. Onlardan gələcək terrorçular və yaraqlılar hazırlanırdı.
  Təsadüfi deyil di ki, 1903-cü ildə çar Nikolay II erməni kilsəsinin əmlakının müsadirə edilməsi və onun tabeliyindən məktəbin çıxarılması barədə əmr verdi, lakin bu çox gec idi. Milliyyətçiliyin zəhərli infeksiyası artıq bir çox gənc ermənilərin qəlbinə səpilmişdi. Bu da sonrakı faciələrə gətirib çıxardı.
  XIX əsrin İrəvanı yalnız köhnə fotolarda və yoxa çıxmış (daha doğrusu, vəhşicəsinə dağıdılmış) özünəməxsus və unikal Azərbaycan mədəni mühiti kimi xatirələrdə qalmışdır. Ancaq bununla hekayə bitməyib. Yalan və uydurma, etnik təmizlənmə üzərində dayanıqlı bir dövlət qurmaq mümkün deyil. İrəvandakı millətçi rejim əbədi deyil.

 Kavkazplus
 Tərcümə etdi Ə. Məmmədli