Erməni diasporu Abxaziyaya nəzarəti "ələ keçirməyə" hazırdır

12-01-2020, 16:37
Separatçı qondarma Abxaziya Ali Məhkəməsi təkrar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul edib. Eyni zamanda, Rusiya KİV və sosial şəbəkələrində abxazların etnos kimi "gözdən salınması" kampaniyasına geniş vüsət verilib. Aydındır ki, Rusiyanın separatçı Abxaziyaya külli miqdarda pul köçürməsinə rəğmən, bu qədər problemin yaranmasında ermənilərin roluna dair bir söz  danışılmır. 
  Yerli əhalinin, abxaz gürcülərin böyük hissəsinin qovulduğu, onların ev və mənzillərinin isə qatillər və soyğunçular tərəfindən mənimsənildiyi yerdə normal cəmiyyət qurmağın  mümkün  olmadığı deyilmir. Qarətçilər arasında həm abxazlar, həm də ermənilər  var.
  Əsas diqqət  başqa tərəfə yönədilib. Guya abxazların  bir xalq olaraq, dövlət idarəçiliyinə qadir olmadığı iddia olunur, bu da təsadüfən tarix tərəfindən təkzib olunur. Həqiqətən, abxazlar hələ rus dövləti haqqında heç kimin eşitmədiyi dövrdə dövlətçiliyə sahib idilər. Ancaq bu abxazların min illər boyu ayrılmaz yaşadığı qardaş Gürcüstan xalqı ilə ortaq bir dövlətçilik idi.
  Bununla yanaşı, Rusiya Dövlət Dumasının MDB işləri və Həmvətənlərlə əlaqələr komitəsinin üzvü deputat Konstantin Zatulin də abxazların idarəetməyə qadir olmadıqlarını açıq şəkildə göstərir. Doğrudur, məlum olduğu kimi, erməni millətçilərinin ən böyük dostu  Konstantin Zatulindir. Onun son bəyanatları belədir ki, abxazlar "dövləti idarə etməyin öhdəsindən gələ bilmirlər". Dərhal ortaya sual çıxır, bəs ondakim idarə edə bilir?
  Onun cavabı isə göz qabağındadır - "qədim, mədəni və başıbəlalı " erməni xalqı, öz "başıbəlalılığına" baxmayaraq, artıq Abxaziyada çoxluq təşkil edib və sayına görə artıq abxazların özlərindən çoxdur. Bununla yanaşı, ilk erməni yaşayış məntəqəsinin Abxaziyada cəmi 140 il əvvəl (bu yaxınlarda yubiley qeyd olunub) yaranıb, 1992-ci ilə qədər onlar yerli əhalinin yalnız 16 faizini təşkil ediblər.
  Həqiqətən də, Abxaziyadakı ermənilərin "dominant statusa nail olmaq sürəti", hətta ermənilərin yeni gəldikləri İrəvan xanlığı və Qarabağ əraziləri ilə müqayisədə rekord göstəricidir.
  Buda, Konstantin Zatulinin NSN kanalının efirində verdiyi müsahibədən  "əhəmiyyətli" bir hissə:
  "Bizim bütün narahatlığımız təbiidir,yəni  Rusiya Abxaziyanın təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün öz üzərinə öhdəliklər götürmüşdür, Abxaziya ilə hərbi-siyasi, müdafiə sahəsində müqavilə imzalanıb. Ona görə də orada bizim qoşunlarımız var. Əlbəttə, Abxaziyanın necə inkişaf edəcəyi, bu inkişafın münaqişə və ya münaqişəsiz olub-olmaması bizim üçün biganə deyil....
  Növbədənkənar seçkilər bir imkandır, bir vasitədir, amma bu, çarə deyil. Təəssüf ki, Abxaziyanın siyasi sinfi bu gün açıq-aydın respublikanın qarşısında duran problemlərin səviyyəsinə çatmır. Uzun illər həll edilməli olan problemlər həll edilmir: istər iqtisadiyyatda, istər mədəniyyətdə, istərsə də sosial sahədə... Rusiyanın köməyi və dəstəyinə baxmayaraq. Bu, münaqişənin dərin səbəbidir və indi, əlbəttə ki, başqa səbəblər də var: abxaz siyasi elitası dövləti idarə etməyin öhdəsindən gələ bilmir və əks halda münaqişə şəkilində bu ziddiyyətlərin həlli baş verir".

  İşarə aydındır. Bu gün Rusiya qoşunları Abxaziyadadır və əslində o hər şeyi həll edəcək. Amma işğal altındakı ərazilərdəki seçkilər o qədər də əhəmiyyət kəsb etmir və bunu Zatulin (böyük "demokrat") birbaşa mətnlə ifadə edir. Çünki bu seçkidə əvvəlcədən abxazları "idarə etməyə qadir olan" üzvlərin iştirakı nəzərdə tutulur. Yəni Rus işğalçı qoşunları Abxaziyanın formal hakimiyyətini də abxazların əlindən alıb, onu "dövləti idarə etməyə" qadir olanlara verməlidirlər. Yəni, "ən qədim dövlətlər" olan ermənilərə.
  Bununla yanaşı, Abxaziyada erməni millətçiləri hələ ki, abxazların bütün separatçı hakimiyyət institutlarının tam iflic vəziyyətinə düşməsini və  nəticədə hakimiyyət ən mütəşəkkil, birləşmiş və təşəbbüslü bir cəmiyyət olaraq əllərinə keçəcəyini gözləyirlər. Həqiqətən, erməni millətçiləri haqlı olaraq Gürcüstan Abxaziyasını ən dəyərli “qənimət” hesab edirlər. Bu əraziyə sahibliyi "qanunlaşdırmaq" üçün, sülh və barışığa dair rəsmi çağırışlara  qoşulmalarına baxmayaraq, mövcud xaos onlar üçün  faydalıdır.
  Elə buna görə də Abxaziyadakı erməni icmasının rəhbərləri iğtişaşlarda "iştirak etməmələrini" və "konstruktivliyi" xüsusi olaraq vurğulayırlar. Abxaziya Ermənilər Birliyinin rəhbəri Xaçik Minasyan "Ermənistan xəbərləri" qəzetinin müxbirinə verdiyi müsahibəsində - bizim icma Suxumidə keçirilən aksiyalarda iştirak etmir" -deyir.
  Minasyanın sözlərinə görə, paytaxtda hökm sürən gərginlik erməni icmasına heç bir təhlükəli təsir göstərə bilməz.
  Minasyan qeyd edib ki,- “Əlbəttə, ayrı-ayrı ermənilər bu aksiyalarda iştirak edilər, lakin cəmiyyətin özü bu işlərdə iştirak etmir. Biz bu proseslərə qarışmırıq. Bu vəziyyətdə bir mövqenin olması sadəcə mümkün deyil. Biz məsələlərin sülh yolu ilə həllinə çağırırıq, amma onlar bizim səsimizi dinləyəcəklərmi?"
  Ümumiyyətlə, Abxaziya ermənilərinin  meydanda "iştirak etmədiyi" kimi görüntüsü indi onların xeyrinədir. Çünki onlara  prinsipcə hadisələrin istənilən inkişaf ssenarisi faydalıdır. Yəni yeni marionet hakimiyyət yalnız ermənilərə arxalanmağa məcbur olacaq. Birbaşa işğalcı hakimiyyətin köməyi ilə ermənilər Abxaziyanın tam sahibi olacaqlar.
  Şübhəsiz ki, abxaz vətənpərvərlərinin qələbəsi, Abxaziyanın işğaldan azad olunmasından və gürcü xalqı ilə qardaşlıq münasibətlərinin bərpası olmadan mümkün deyil. Bu sahədə isə qüvvələr tamamilə qeyri-bərabərdir. Çünki Abxazlar işğalçı qüvvələrə və güclü silahlanmış erməni millətçilərinə qarşı sadəcə gücsüzdürlər. Elə buna görə də, yaxın gələcəkdə abxaz xalqını çox cətinliklər gözləyir. Yəni  1992-1993-cü illərdə Abxaziya gürcüləri kimi, gözlərini onların tarixi torpaqlarına tikən ermənilər tərəfindən həyata keçriləcək soyqırım və etnik təmizlənmə təhlükəsi gözləyir.
  Kavkazplus
  Tərcümə. Ə.Məmmədli