Rusiya hökuməti istefaya getdi

15-01-2020, 18:28

Rusiya hökuməti istefaya gedib.

TEZXEBER.AZ “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Naziri Dmitri Medvedev Prezident Vladimir Putinlə görüşü zamanı bildirib.
“Rusiya Federasiyası Konstitusiyasının 117-ci maddəsinə əsasən Rusiya Federasiyası hökuməti hazırkı tərkibdə istefaya göndərildi”, -deyə Medvedev açıqlayıb.
O, izah edib ki, bu qərar Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlıdır. 
“Rusiya Federasiyasının rəhbər şəxsləri kimi ölkəmizin Prezidentinə bu qərarları qəbul etmək üçün bütün lazımi şəraiti yaratmalıyıq”, - deyə Medvedev əlavə edib. 
Putin fəaliyyətinə görə Medvedevə və komandasına təşəkkür edib.