Metyu Brayza: Parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək

16-01-2020, 16:12

Əminəm ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək.

TEZXEBER.AZ trend-ə istinadən xəbər verir ki, bu sözləri secki-2020.az saytına Atlantik Şuranın siyasi şərhçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O bildirib ki, islahatlar prosesinə töhfə vermək, yeni ideyalar gətirmək məqsədilə parlamentin buraxılmasına dair qəbul edilən qərar təqdirə layiqdir: “Bu, çox stimulverici prosesdir və nümunəvi məqamdır. Beynəlxalq ictimaiyyətin də diqqəti Azərbaycandakı seçkilərə yönələcək. Düşünürəm ki, Azərbaycanda aparılan islahatlar ölkənin hərtərəfli inkişafına yeni təkan verəcək”.